Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 401 $▲0.05%
  • Ethereum2 252 $▲0.07%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

MÜHARİBƏ PLANI HAZIRLANDI: Bu üç istiqamətdən hücum ediləcək

image-photo_21740125
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ analitikləri Rusiyanın Ukraynaya hücumunun üç istiqamətini müəyyən ediblər. Bu marşrutların hər üçü dəmir yollarına paralel keçir və logistika baxımından bütün zəruri imkanlara malikdir.

Busaat.az  xəbər verir ki, Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Rusiya-Ukrayna sərhədlərindəki hazırkı vəziyyəti, qoşunların cəmləşmə rayonlarını təhlil edərək belə qənaətə gəliblər ki, Rusiya ordusu şimal, mərkəz və cənub istiqamətindən Ukrayna ərazisinə girəcək. Habelə Azov dənizindən dəniz desantının çıxarılması və hava desantının dəstəyi ilə Odessa ələ keçiriləcək, nəticədə Ukraynanın dənizlə əlaqəsi kəsiləcək.

Analitiklərin fikrincə, əgər Rusiya Ukraynaya müdaxiləyə qərar versə şimal istiqamətindən qoşunlar Belarus üzərindən hərəkət edərək Kiyev ətrafındakı müdafiə xəttini kənardan keçəcək. Mərkəz istiqamətindən zərbə daha sonra qərbə istiqamətlənəcək və qoşunlar ölkənin dərinliklərinə doğru irəliləyəcək. Cənub istiqamətindən isə Perekop keçidi üzərindən olacaq.

 

Mərkəzin analitikləri qeyd edirlər ki, əgər Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Rusiyanın müdaxiləsinin qarşısını ala bilməsə o zaman Ukrayna daxilində işğalçı qoşunlara qarşı müqavimət hərəkatının formalaşdırılmasına diplomatik, hərbi və kəşfiyyat dəstəyi verməlidir.

“ABŞ və tərəfdaşları Rusiyanın Ukraynanı işğal etməsinə yol verə bilməz. Rusiyanın Ukrayna ərazisini tam və ya qismən işğal etməsi onun sənaye imkanlarını, işçi qüvvəsi potensialını və təbii resurslarını o dərəcədə artıra bilər ki, Moskva qlobal təhdidə çevrilər. ABŞ və Avropa yenidən bu səhvə yol verə bilməz”, – analitiklər qeyd edir.

 

Xatırladaq ki, Rusiya durmadan Ukrayna sərhədlərinə tanklar və digər zirehli texnika, qırıcı-bombardmançılar, artilleriya və reaktiv yaylım atəşi sistemləri, “İsgəndər-M” operativ-taktiki raketləri cəmləşdirməkdədir. Britaniyanın “Daily Mail” nəşri peyk fotolarına istinadən Ukrayna həmsərhəd ərazilərdə səhra hospitallarının da qurulduğunu bildirir. Bu isə müharibəyə qərar verildiyini göstərən daha bir dəlildir. O cümlədən Rusiya rəsmilərinin son günlərdə istifadə etdikləri ritorika bu ölkənin Ukraynanı işğal planına qərar verdiyinə dəlalət edir. Məsələn, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov son günlərə qədər Ukraynaya hücum planlarını inkar edirdisə indi “Bloomberg”ə müsahibəsində bu ölkə ərazisində hücum silahlarının yerləşdirilməsinin mümkünlüyü haqda danışıb. “Biz inkar etməyə hazırlaşmırıq ki, Ukrayna ərazisində hücum silahları yerləşdirmək planlarımız var”, – Peskov belə deyib.

Ukrayna ərazisində hücum silahlarını isə Rusiya ancaq bu ölkəni işğal edəndən sonra yerləşdirə bilərdi.

virtualaz.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68822