MÜHÜM:Sergey Lavrov Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirdi

MÜHÜM:Sergey Lavrov Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirdibackend

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında Dağlıq Qarabağın statusu ilə bağlı sualları cavablandırıb.

Busaat.az xəbər verir ki,  XİN başçısı bildirib ki, Dağlıq Qarabağın statusu bu bölgənin bütün kateqoriyalı sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək.

“Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, bu ərazidə yaşamağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Etimadı bərpa etmək, millətlərarası və dinlərarası sülhü bərpa etmək lazımdır. Bunun üçün məbədləri və məscidləri bərpa etmək və orada bütün millətlərin və bütün dinlərin nümayəndələrinin yan-yana yaşadığı normal bir həyat qurmaq lazımdır”,- deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, bu baxımdan, Dağlıq Qarabağın statusu məsələsinin həlli üçün hər hansı bir süni müddət müəyyənləşdirməyə ehtiyac yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90