“Müsavat”ın binasından kondisioner oğurlayanlar tutuldu – FOTOLAR

“Müsavat”ın binasından kondisioner oğurlayanlar tutuldu – FOTOLARbackend
Bakının Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 30/97 ünvanında Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulub.
Busaat.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi (RPİ) və 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən – hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri – Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar.
Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Müsavat"ın kondisionerini oğurlayanlar tutuldu - FOTOLAR"Müsavat"ın kondisionerini oğurlayanlar tutuldu - FOTOLAR"Müsavat"ın kondisionerini oğurlayanlar tutuldu - FOTOLAR
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90