Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə iştirak ediblər

image-foto2backend

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində iştirak ediblər.

Bu barədə Busaat.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar səsləndiriblər. İfaçıların səhnədə yüksək peşəkarlıq nümayişini rəğbətlə qarşılayan tədbir təşkilatçıları həm onlara, həm də Musiqili Teatrın rəhbərliyinə xüsusi təşəkkür bildiriblər.

Xatırladaq ki, Musiqili Teatrın kollektivi sentyabr ayı ərzində bu festivaldan əlavə, bir sıra müxtəlif beynəlxalq tədbirlərə də qatılıb.

Belarus Respublikasının XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalına dəvət alan teatrın tanınmış aktyoru, Əməkdar artist Şövqi Hüseynov orada “Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını təqdim edib.

Aktyorlar Nicat Əli və Nərmin Əliyeva Qazaxıstanda keçirilən “TeART-Kokşe – 2023” Beynəlxalq Teatr festivalında Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (ГИТИС) təcrübəli müəllimlərinin ustad dərslərində iştirak ediblər.

Eleonora Mustafayeva isə həm Özbəkistanın Müstəqillik Günü münasibətilə Daşkənddəki təntənəli mərasimdə, həm də TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində ölkəmizi layiqincə təmsil edib.

Aktyorlar iştirak etdikləri tədbirlərdən vətənə xoş təəssüratlarla qayıdıblar.image-foto1

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki