
Musk Tesla səhmlərinin azalması səbəbindən 20 milyard dollar itirib - Bloomberg
Amerikalı iş adamı, Tesla şirkətinin rəhbəri İlon Mask birjada şirkətin kotirovkalarının düşməsindən sonra 20,3 milyard dollar itirib.
Busaat.az xəbər verir ki, bu barədə Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatlarına istinadən məlumat yayıb.
Nəticələrə görə, Tesla səhmləri 9,74 faiz ucuzlaşıb.
Lakin belə bir azalma ilə belə, Maskın 234 milyard dollarlıq sərvəti dünyanın ən varlı adamları reytinqində ilk mövqeyini təsir göatərməyib.
Bundan başqa, milyarderlər siyahısında ikinci sıraada qərarlaşan lüks mallar istehsalçısı LVMH şirkətinin sahibi Bernard Arnault ilə İlon Mask arasındakı uçurum 33 milyard dollara qədər azalıb.
Busaat.az























