Müstəqil Azərbaycanın inkşafında önəmli tarix

image-2f83ced0-5b89-4d17-8825-564fb4ac83f2backend

Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsaslı dönüş yarandı. Ulu öndər Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirdi. Həmin gündən elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsi kimi respublikamızda ciddi nizam intizam yaradıldı, əhalidə qorxu və vahimə yaradan qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Ordu quruculuğundakı pərakəndəliyə son qoyuldu və Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq milli dövlət, müstəqil siyasi dövlət, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir. Böyük öndər əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Nəticədə, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olundu, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqləndi
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Nəticədə, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olundu, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqləndi. Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi birinci Konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində təsbit olunan, həm də beynəlxalq hüquqi sənətdir. Buna görə də ümummilli liderin qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarının mahiyyətinin təsbit olunması onun ən dəyərli cəhətlərindən idi. Ulu öndərin siyasi kursunu və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində bütün səylərini əsirgəmǝyǝn Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya Azərbaycanı dünyanın sayılıb seçilən dövlətləri sırasına qoşdu. Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, azad vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Bakı şəhəri, Nəsimi rayonu 14№ li tam orta məktəbin müəllimi: Abbasova Ləman Məhəmməd qızı

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki