Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 820 $▲1.11%
  • Ethereum1 811 $▲2.40%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Myanmada hava hücumu: 53 nəfər ölüb

image-_97658576__97587870_smokeafp
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Myanma ordusunun bir qəsəbəyə endirdiyi hava hücumunda ən azı 53 nəfərin öldüyü iddia edilib.

Busaat.az xəbər verir ki, BBC-nin hücuma məruz qalan kəndin sakinlərinə istinadən verdiyi məlumata görə, Myanmanın Saqainq bölgəsindəki Pa Zi Gyi şəhərinə endirilən hava hücumunda 15-i qadın və çoxlu uşaq olmaqla azı 53 nəfər həlak olub.

Adının açıqlanmasını istəməyən hadisə şahidi hücumun yerli saatla 07:00 radələrində döyüş təyyarələri ilə başladığını, daha sonra ərazinin helikopterlərlə atəşə tutulduğunu bildirib.

Hücumun təxminən 20 dəqiqə davam etdiyini qeyd edən şahid, cəsədlərin parçalandığı üçün ölənlərin dəqiq sayını bilmədiklərini və sayın daha çox ola biləcəyini söyləyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106517