
Naqasakidə yük gəmisi batdı
Yaponiyanın cənub-qərbində, Naqasaki prefekturasının sahillərində 22 nəfərlik heyəti olan yük gəmisi batıb.
Busaat.az Kyodo agentliyinə istinadən xəbər verir ki, Honq-Konq bayrağı altında üzən 6551 tonluq “Jintan” yük gəmisi Naqasaki sahillərində batıb.
Danco adalarından 110 kilometr qərbdə batan gəmidə olan 22 ekipaj üzvündən 4-ü xilas edilib.
Yük gəmisinin ekipajından 14-nün Çin, 8-nin isə Myanma vətəndaşı olduğu bildirilib .
Yaponiya Sahil Mühafizəsi qalan ekipaj üzvlərini xilas etməyə davam edir.
Busaat.az























