
NASA-nın Crew-4 ekipajı 6 aydan sonra dünyaya geri dönüb
Beynəlxalq Kosmik Stansiyadan (ISS) bir neçə saat əvvəl yola çıxan NASA-nın Crew-4 missiyasının astronavtları Florida yaxınlığında okeana uğurlu eniş həyata keçirib.
Busaat.az xəbər verir ki, kosmosda keçirdikləri 6 aylıq fəaliyyətdən sonra SpaceX-ın Draqon adlı peyki ilə İSS-dən təxminən 5 saat öncə ayrılan NASA ekipajı uğurlu bir dönüş edib.
Qeyd edək ki, Elon Maskın SpaceX şirkəti keçən həftə İSS-yə 4 astronavt daha göndərərək Crew-5 missiyasını həyata keçirib. SpaceX 2022-ci ilin May ayındakı ilk ekipaj uçuşundan bu yana 6 NASA fəaliyyəti və 2 özəl uçuş ilə toplam 30 kosmonavtı orbitə göndərib.
Busaat.az























