
Nasist bayraqlı avtomobil Ağ Evin təhlükəsizlik baryerlərinə çırpıldı
ABŞ-də Ağ Evin yaxınlığındakı təhlükəsizlik baryerlərinə naməlum minik vasitəsi şırpılıb. Avtomobilin sürücüsü saxlanılarkən, avtomobildən nasist bayrağı çıxarılıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığındakı Lafayette Meydanında gecə saatlarında həyacanlı anlar yaşanıb.
ABŞ Gizli Xidmətindən verilən açıqlamada, icarəyə götürülmüş yük maşınının Lafayette Meydanında iki dəfə təhlükəsizlik baryerlərinə dəydiyi, avtomobildə nasist bayrağının göründüyü bildirilib.
Hadisənin qəsdən törətdiyi məlum olmayan sürücü nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəsizlik məqsədilə ətraf yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Dünən axşam Ağ Evdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşən prezident Co Baydenin harada olduğu dəqiqləşdirilməyib.
Busaat.az























