
NATO 2023-cü ildə Kosovoda hərbi təlim keçirəcək
NATO Kosovo Respublikasının ərazisində “Defender Europe 23” hərbi təlimi keçirəcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Kosovonun müdafiə naziri Armend Mehaj bildirib.
“Ölkəmiz bu təlimlərə ev sahibliyi edən dövlətlər arasında olacaq. Kosovo Təhlükəsizlik Qüvvələrinin 1300-dən çox üzvü təlimlərdə iştirak edəcək. Bu manevrlərdə əsas məqsəd qarşılıqlı fəaliyyət qabiliyyətini yüksəltmək, piyadaların hazırlığını yoxlamaq olacaq” – deyə, Mehaj Facebook-da yazıb.
Onun sözlərinə görə, KSF planlaşdırma qrupu ABŞ və digər NATO üzvlərindən olan nümayəndələrlə birlikdə indi Macarıstanın paytaxtı Budapeştdə dörd günlük yekun planlaşdırma konfransında iştirak edir.
Qeyd edək ki, Serbiyanın keçmiş müdafiə naziri, hazırda ölkənin əsas xüsusi xidmətinə – Təhlükəsizlik Kəşfiyyatı Agentliyinə rəhbərlik edən Aleksandar Vulin, gələcəkdə Kosovoya NATO üzvlüyünün verilməsinin yeganə səbəbinin “Serbiyaya qarşı yönəlmiş təxribat” olacağını söyləyib.
Busaat.az























