
NATO bayraqları yarıya qədər endirildi
Türkiyədə baş verən zəlzələ ilə bağlı görə NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Busaat.az xəbər verir ki, Brüsseldəki qərargah qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, nümayiş etdirmək üçün sabah axşama qədər yerində qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin verdiyi açıqlamaya görə, “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkür edirik”, – deyə bildirilib.
NATO-nun sözçüsü Oana Lungesku bildirib ki, alyans üzvü olan ölkələr köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər ediblər.
Busaat.az























