NATO-dan Ankara SƏFƏRİ

image-recep-tayyip-erdogan-stoltenberg-aa-1787202_2backend

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya səfər edəcəyini bildirib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq Norveçin paytaxtı Osloda keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı suala isə Stoltenberq həftənin əvvəlində prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olduğunu bildirib və “Yaxın zamanda Ankaraya gedəcəyəm. Hələ dəqiq vaxt müəyyənləşməyib”, – deyə cavab verib.

İsveçin üzvlük protokolunun ratifikasiyası ilə bağlı Türkiyəyə vermək istədiyi mesajla bağlı suala Stoltenberq deyib:

“Mənim mesajım budur ki, İsveçin NATO-ya üzvlüyü Skandinaviya ölkələri, Baltikyanı ölkələr üçün olduğu kimi İsveç üçün də faydalıdır, həm də bütün NATO və təbii ki, Türkiyə və digər müttəfiqlər üçün də belədir. Həmçinin bu gündən, iyunun 1-dən etibarən İsveçdə terror qanununun qüvvəyə minməsi faktını vurğulayacağam. Bu qanunlar əslində fərq yaradır. Onlar göstərir ki, İsveç hazırda terrorizmlə, o cümlədən PKK ilə mübarizəni gücləndirmək üçün yeni addımlar atır. İsveç Madriddə imzalanmış bu Üçlü Memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirmişdir”.

“Unutmamalıyıq ki, Türkiyənin bəzi qanuni təhlükəsizlik narahatlıqları var, çünki heç bir müttəfiq Türkiyə qədər terror hücumuna məruz qalmamışdır. Bu səbəbdən terrorun hər növünə qarşı Türkiyə ilə birlikdə çalışmamız vacibdir. Buna görə də mən NATO müttəfiqlərinin, eləcə də İsveçin ötən ay terrorla mübarizəni və Türkiyə ilə əməkdaşlığı sürətləndirmək üçün etdiklərini alqışlayıram. Əminəm ki, İsveçin üzvlük protokolu tezliklə ratifikasiya olunacaq”, – Stoltenberq qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki