Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.91 $▲0.52%
  • WTI neft86.32 $▲0.76%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.301 $▲2.74%
  • Qızıl4 041 $▼2.03%
  • Gümüş51.46 $▼3.35%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 424 $▼0.22%
  • Ethereum2 047 $▼0.15%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

NATO-dan əzələ nümayişi - 16 ölkə 75 təyyarə və 40-dan çox gəmi ilə...

image-thumb600x0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bazar günü NATO-nun Şimali Avropanın ən böyüklərindən biri olan “Baltops-22” illik təlimləri Baltik dənizində başlayacaq. 

Bu barədə “Ridus” məlumat yayıb.

Bildirilib ki, təlimlərdə 14 NATO ölkəsi ilə yanaşı, alyansın tərəfdaş ölkələri – İsveç və Finlandiya da iştirak edəcək. Artıq 13 ölkənin hərbi gəmiləri İsveçə gəlib. Təlimlərin məqsədi NATO-nun Baltikyanı regionda kollektiv müdafiəni təmin etməyə və çəkindirmə siyasətini həyata keçirməyə hazır olduğunu nümayiş etdirməkdir.

İsveç Hərbi Dəniz Qüvvələrinin 500 illiyi şərəfinə Stokholmda təlimlər başlayacaq. Bunun ardınca Baltik dənizinin sularında və onun üstündəki hava məkanında taktiki manevrlər keçiriləcək.

“Baltops-22″yə ABŞ-ın Altıncı Donanması, 75 təyyarə və 7000-ə yaxın insan daxil olmaqla, müxtəlif dərəcəli 40-dan çox gəmi cəlb olunacaq.

NATO-nun birgə qüvvələri Baltik dənizi üzərində operativ reaksiya və nəzarət bacarıqlarını, eləcə də böyük hərbi qüvvələri qısa müddətdə regionun istənilən nöqtəsinə köçürmək bacarığını inkişaf etdirəcək.

Təlimlər iyunun 5-dən 17-dək davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78795