
NATO-dan süni intellekt HƏYACANI
NATO-dan süni intellektlə bağlı yeni açıqlama verilib. Belə ki, NATO süni intellektin nəzarət altına alınması üçün işə başlayacaq.
Busaat.az xəbər verir ki, NATO-nun aprelin 18-də təşkil etdiyi tərksilah konfransında süni intellektlə bağlı açıqlama verilib.
NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Biz raketlər və döyüş başlıqlarında olduğu kimi, bir ölkənin süni intellekt alqoritmləri və alətlərinin sayını məhdudlaşdıra bilmərik”.
NATO rəhbəri süni intellektin orduda məsuliyyətlə istifadə edilməli olduğunu və bu məqsədlə ümumi universal standartların hazırlanmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, NATO süni intellekt texnologiyalarından istifadə üzərində işə başladığını açıqlayıb.
Stoltenberq süni intellekt araşdırmalarında Çin hökuməti ilə də razılaşmaq istədiklərini bildirib.
Busaat.az























