NATO donanmasının iştirakı ilə hərbi təlimlər keçiriləcək – Rumıniyada

image-default-2023-07-13t175415-446backend

Rumıniya Hərbi Dəniz Qüvvələri iyulun 14-21-dək 9 NATO ölkəsinin iştirakı ilə “Poseidon-2023” çoxmillətli dəniz təlimi keçirəcəyini açıqlayıb.

Bu barədə Busaat.az xarici mətbuata istinadən xəbər verir.

“İyulun 14-dən Rumıniya Hərbi Dəniz Qüvvələrinin, milli müdafiə sisteminin digər strukturlarının, həmçinin Bolqarıstan, Belçika, Fransa, Yunanıstan, İtaliya, Böyük Britaniya, ABŞ və Türkiyədən 750-dən çox hərbçi ilə  birgə təlimlər keçirəcək”, – məlumatda deyilir.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki