
NATO “kirli bomba” iddiasını rədd edib
NATO Baş katibi Yens Stoltenberq Rusiyanın ortaya atdığı və Ukraynanın öz torpaqlarında radyoaktiv tərkibli “kirli bomba” istifadə edə biləcəyi iddiasını rədd etdiklərini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Stoltenberq sosyal mediada açıqlama edib.
Açıqlamada həmçinin bildirib ki, Ukraynanın kirli bomba istifadə etməyə hazırlaşdığına dair Rusiyanın irəli sürdüyü iddia barəsində ABŞ Müdafiə naziri Lloyd Austin və ingiltərəli həmkarı Ben Uolles fikir mübadiləsi aparıb.
“NATO müttəfiqləri bu iddianı rədd edir” deyə, qeyd edən Stoltenberq Rusiyanın bu iddianı gərginliyi artırmaq üçün bəhanə olaraq istifadə etməməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Stoltenberq Ukraynaya dəstək verməyə davam edəcəklərini bildirib.
Busaat.az























