
NATO Kiyevə dəstəyini inteqrasiya etməli və sinxronlaşdırmalıdır - Lloyd Austin
NATO Kiyevə dəstəyini inteqrasiya etməli və sinxronlaşdırmalıdır.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Austin NATO-nun müdafiə nazirləri toplantısında deyib.
“Məqsədimiz təkcə avadanlıq təmin etmək deyil. Bu gün biz Ukraynanın döyüş qabiliyyətini yaxşılaşdırması üçün dəstəyimizi inteqrasiya etmək və sinxronlaşdırmaq haqqında danışmağa davam edəcəyik. Ukraynaya dəstəyimizi uzun müddət davam etdirməyə kömək edəcək sənaye bazası təşəbbüslərini də müzakirə edəcəyik”, – Ostin bildirib.
“Ölkələrdən ibarət konsorsium, o cümlədən Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Hollandiya Ukraynanı “Leopard” döyüş tankları ilə təmin etmək üçün birlikdə işləyir”, – Ostin əlavə edib.
Busaat.az























