
NATO lazım gələrsə, 100 min əsgərin Polşaya köçürülməsi planını qəbul edib - Duda
NATO-nun üzvləri “zərurət yaranarsa, Polşaya 100 min əsgərin köçürülməsi planını qəbul ediblər.
Busaat.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda bildirib.
“Mən nə demək istədiyimi izah edə bilərəm. Əgər hücum olsaydı, məsələn, Brest qapılarına müdafiə üçün dərhal 100 min NATO əsgəri göndəriləcəkdi”, – deyə Duda NATO-nun Vilnüsdə keçirilən sammitinin sonunda bildirib.
Onun sözlərinə görə, bunlar “müdafiə planları çərçivəsində NATO tərəfindən təsdiqlənən” postulatlardır.
Hazırda ölkə ərazisində alyansın 10 minə yaxın əsgəri yerləşdirilib ki, onların da əksəriyyəti ABŞ silahlı qüvvələrini təmsil edir.
Bundan əlavə, Polşada silah anbarları yerləşəcək.
Busaat.az























