
NATO-nun artilleriya təchizatı olmasaydı, Ukrayna məğlub olardı - KİV
“Şimali Atlantika Alyansının 155 mm kalibrli artilleriya təchizatı olmasaydı, Ukrayna çoxdan uduzmuşdu”.
Busaat.az xəbər verir ki, bu haqda İspaniyanın “Pais” qəzeti məqalə dərc edib.
Nəşrin ukraynalı analitikə istinadən yazdığına görə, müvafiq haubitsalar olmasaydı, bəlkə də Kiyev çoxdan məğlub olardı. Ukrayna haubitsa arsenalının təqribən 60%-nin 122 və 152 mm kalibrlərdən istifadə edən sovet tipli artilleriya sistemləri olduğu, artıq Ukraynada və ya Şərqi Avropa ölkələrində kifayət qədər istehsal olunmadığı bildirilir.
Məqalədə qeyd olunur ki, bu silahlar uzun illərdir mövcuddur və onların əksəriyyəti qeyri-qənaətbəxş vəziyyətdədir. Ona görə də onları idarə edən hərbi qulluqçular üçün təhlükə yarana bilər. Qalan 30%-i isə (təxminən 350 ədəd) 155 mm-lik artilleriyadır və fərqi yaradan məhz bu artilleriyadır.
Busaat.az























