
NATO-nun baş katibi Buçaya səfər edib
NATO-nun baş katibi Yens Stoltenberq aprelin 20-də Ukraynaya səfəri zamanı təkcə Kiyevə deyil, Rusiyanın təcavüzündən əziyyət çəkən Buçaya da səfər edib.
Busaat.az xəbər verir ki, bu barədə Buça meri Anatoli Fedoruk bildirib.
“Şəhərdə törədilən dağıntıların və törədilmiş cinayətlərin nəticələri baş katibi dərin təəssüratlandırdı. O, NATO-nun Ukrayna ordusuna və xalqına misilsiz dəstəyini davam etdirəcəyinə bir daha əmin etdi. İnanıram ki, bu cür qətiyyət qələbəmizi sürətləndirəcək”, – Fedoruk yazıb.
O, həmçinin bildirib ki, minnətdarlıq əlaməti olaraq alyansın baş katibinə üzərində rus güllələrindən hazırlanmış Buça rəmzləri olan xatirə sikkəsini təqdim edib.
“Bu, ukraynalıların təcavüzkar qarşısında yenilməzliyini və torpaqlarımızı müdafiə etməyə hazır olduqlarını simvollaşdırır”, – mer xatırladıb.
Busaat.az























