NATO-nun baş katibindən Rusiyaya XƏBƏRDARLIQ – Ukraynaya  hücum olarsa…

image-stoltonberqbackend

NATO Rusiyaya xəbərdarlıq edib.

Busaat.az  xəbər verir ki, bu barədə NATO Xarici İşlər Nazirlərinin Latviyanın paytaxtı Riqadakı görüşündə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir”, – Stoltenberq bildirib.

İki günlük görüşün gündəmində Ukrayna-Rusiya sərhədindəki gərginlik olub.

Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya mümkün hücumunun ağır nəticələri olacaq:

“Bu, iqtisadi və siyasi nəticələr olacaq”.

O, əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı alyans verəcək və Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90