
NATO-nun əsas vəzifəsi Kiyevi gücləndirməkdir - Blinken
NATO yaxın vaxtlarda Kiyevə yardımı maksimum dərəcədə artırmağı qarşısına hədəf qoyub.
Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Osloda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Ukraynanın əks-hücumları fonunda ona yardımımızı maksimum dərəcədə artırmağa yönəlmişik”, – Blinken deyib.
Diplomatın sözlərinə görə, NATO Ukraynaya müdafiə qabiliyyətini gücləndirməkdə kömək etmək niyyətindədir ki, hazırkı hərbi əməliyyatlar başa çatdıqdan sonra gələcək təcavüzdən özünü müdafiə edə bilsin.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.
Busaat.az























