
NATO-nun keçmiş baş katibi bu gün Cermuka gedəcək
Ermənistanda iki günlük səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen sərhəddəki vəziyyət ilə tanış olmaq üçün bu gün Cermuka gedəcək.
Busaat.az xəbər verir ki, baş nazirin dəftərxanası NATO-nun keçmiş baş katibinin bu səfəri ilə bağlı başqa məlumat açıqlamayıb.
Yalnız Rasmussenin gün ərzində mətbuat üçün brifinq keçirəcəyi bildirilib.
Qeyd edək ki, Anders Foq Rasmussen, hazırda siyasi məsləhətləşmə mərkəzi – Rasmussen Global beynəlxalq təşkilatının qurucu sədridir.
Busaat.az























