Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 775 $▲1.04%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

NATO-nun qapıları Ukrayna üçün açıq qalır - Stoltenberq

image-yens-stoltenberq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO-nun qapıları Ukrayna üçün açıq qalır.

Busaat.az xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stoltenberq cümə günü NATO xarici işlər nazirlərinin 29-30 noyabr tarixlərində Buxarestdə keçiriləcək görüşündən əvvəl mətbuat konfransında bildirib.

“NATO-nun qapısı açıqdır və biz bunu təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirdik” deyən Baş katib, son illərdə Monteneqro və Şimali Makedoniyanın yeni üzv olduğunu, Finlandiya və İsveçin 2022-ci ildə NATO-ya üzv olmağa dəvət edildiyini xatırladıb.

“Beləliklə, biz nümayiş etdirdik ki, NATO-nun qapısı açıqdır və NATO müttəfiqləri və üzvlüklə bağlı qərar vermək istəyən ölkələr ortaq müdafiə planına sadiqdir. Bu, həm də Ukraynaya mesajdır” – deyə, Stoltenberq qeyd edib.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsi üçün ona yardım göstərməyə diqqət yetirmək lazımdır.

Baş katibin sözlərinə görə, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri də Buxarest görüşünə dəvət olunublar.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91901