
“NATO-nun Rusiya ilə birbaşa münaqişəyə girməməsi üçün hər şeyi etməliyik” - Macarıstan XİN
Macarıstanın xarici işlər naziri Peter Szijjarto NATO-nu Ukraynadakı münaqişədə birbaşa və ya Rusiya ilə birbaşa qarşıdurmadan uzaq durmaq üçün bütün səyləri göstərməyə çağırıb.
Busaat.az xəbər verir ki, Peter Szijjarto bu sözləri CNN-in beynəlxalq biznes proqramına verdiyi müsahibədə bildirib.
O, “Quest Means Business”ə müsahibəsində deyib: “Biz NATO-nun münaqişənin bir hissəsinə çevrilməməsi və Rusiya ilə birbaşa münaqişəyə girməməsi üçün hər şeyi etməliyik”.
“Əks halda, NATO bu münaqişəyə girsə, bu, İkinci Dünya Müharibəsinin başlanması riskini daşıyacaq”, – diplomat əlavə edib.
Busaat.az























