
NATO ölkələri Kosovo ilə bağlı Serbiya prezidentinə ultimatum verib - 24 saat ərzində...
NATO səfirləri Serbiya prezidenti Aleksandr Vuçiçdən tələb ediblər ki, Kosovonun şimalındakı barrikadaları 24 saat ərzində aradan qaldırsın, əks halda Kosovonun baş naziri Albin Kurti bölgədə yaşayan serblərə qarşı güc tətbiq etməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə Pink telekanalı məlumat yayıb.
Telekanalın yazdığına görə, NATO-dan gələn bu bəyanatın arxasında Quinta ölkələri dayanır. Bu qrupa İngiltərə, Almaniya, İtaliya, Fransa və ABŞ daxildir.
Bundan əvvəl Serbiya Baş Qərargahının rəisi Milan Moysiloviç Aleksandr Vuçiçlə görüşdən sonra Kosovo ilə həmsərhəd olan Raska bölgəsinə gedib.
BUSAAT.AZ























