
NATO Qara və Baltik dənizlərində mövcudluğunu artırır
NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu artıracağı bildirilir.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl açıqlama verib.
Entoni Blinken NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu artıracağını bildirib.
“Biz NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu gücləndirəcəyik. Bu səylərin bir hissəsi olaraq biz NATO ilə olduğu kimi bir-birimizlə də davamlı işləyirik” – deyə, Blinken qeyd edib.
Blinken Qara dənizin NATO üçün vacib olduğunu vurğulayıb.
Busaat.az























