
NATO Rusiya-Estoniya sərhədinin 160 kilometrliyində “Leopard 2” tankları ilə təlimlər keçirir
NATO-ya üzv ölkələrin orduları Rusiya-Estoniya sərhədindən 100 mil (160 kilometr) aralıda “Leopard 2” tankları ilə hərbi təlimlər keçirib.
Busaat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Birgə təlimdə ABŞ, Fransa, Böyük Britaniya, Danimarka və Estoniya orduları iştirak edib.
Əfqanıstan veteranı və Danimarka kontingentinin komandiri mayor Rasmus Yensenin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçilərinin də iştirak etdiyi təlimlər yeni “Leopard 2” tank heyətlərinin qış şəraitində döyüş əməliyyatlarına hazırlanması üçün nəzərdə tutulub.























