
NATO Türkiyə və Macarıstanın üzvlük məsələsini nəzərdən keçirməlidir
NATO Türkiyə və Macarıstanın üzvlüyünə yenidən baxılması məsələsini qaldırmalıdır, çünki onlar İsveçin alyansa daxil olmasına qarşıdırlar.
Busaat.az xəbər verir ki, bu sözləri respublikaçı senator Cim Riş bildirib.
“Heç kimə sirr deyil ki, bu ölkələr, xüsusən də Türkiyə İsveçə qoşulmaq məsələsindən əlaqəsiz problemləri həll etmək üçün istifadə ediblər. Bu, alyansın üzvü tərəfindən yanlış davranışdır”, – Riş jurnalistlərə bildirib.
Busaat.az























