
NATO Ukraynaya dəstək üçün 500 milyon avroluq fond yaratmaq istəyir
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstək üçün 500 milyon avroluq fond yaradılmasını təklif edib.
Busaat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib.
“NATO-nun baş katibi 500 milyon avroluq inkişaf fondu yaratmağı təklif edir ki, bu fonddan alyans Ukraynanın hazırlığına dəstək verməlidir. Biz təkid edirik ki, belə bir maliyyə proqramı yalnız könüllülük əsasında yaradıla bilər.Üzv ölkələr belə bir fonda ödəniş etməyə məcbur edilə bilməz”, – Szijarto deyib.
Xatırladaq ki, NATO xarici işlər nazirləri Osloda keçirilən qeyri-rəsmi görüşdə alyansın Ukrayna ilə gələcək yaxınlaşmasını, o cümlədən NATO-Ukrayna Komissiyasının statusunun Şura səviyyəsinə qaldırılmasını müzakirə ediblər.
Busaat.az























