NATO-ya qoşulmaq Finlandiyanı Rusiyanın hədəfinə çevirəcək – Finlandiya kəşfiyyatı

image-untitled-design-2022-04-13t101334-717-1920x1080-1backend

Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (SUPO) gələcəkdə NATO üzvlüyünə qəbulun Finlandiyanı Rusiya üçün “daha maraqlı hədəfə” çevirəcəyini iddia edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat SUPO tərəfindən həyata keçirilən təhlükəsizlik araşdırmasında yer alıb.

SUPO-nun təhlükəsizlik araşdırmasında yer alan digər məlumata görə, Rusiyanın ənənəvi kəşfiyyat toplama üsulu diplomatik pərdə altında insan kəşfiyyatı olub. Ancaq Ukraynadakı işğalın ardından bir çox rus diplomatı ölkələrdən çıxarılıb və indi Rusiya kəşfiyyat toplanılması üçün kiberməkana və digər kəşfiyyat mənbələrinə müraciət edir.

Araşdırmada bildirilib ki, Rusiyada yaşayan və ya bu ölkəyə səfər edən əcnəbilərlə yanaşı, Qərb ölkələrində işləyən ruslar da kəşfiyyat məlumatlarının hədəfi sayıla bilər. Gələcəkdə NATO-ya üzv olmağın Finlandiyanı Rusiya kəşfiyyatı və əməliyyatları üçün “daha maraqlı hədəfə” çevirəcəyi iddia edilən araşdırmada Moskvanın qonşusu vasitəsilə NATO ilə bağlı kəşfiyyat məlumatları əldə etməyə cəhd edə biləcəyi də qeyd edilib.

Qeyd edək ki, may ayında NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya Rusiya ilə 1340 km quru sərhədə malikdir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90