Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.65 $▲0.02%
  • WTI neft88.55 $▲0.34%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.232 $▼3.00%
  • Qızıl3 893 $▼0.62%
  • Gümüş49.14 $▼2.20%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.00 ¢▲0.30%
  • Bitcoin68 880 $▼3.49%
  • Ethereum1 936 $▼4.01%
  • S&P 5007 538▼0.70%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Navalnı komadan çıxdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rus müxalifət lideri Aleksey Navalnı komadan çıxıb.

Busaat.az  xəbər verir ki, bu barədə “Şarite” klinikas məlumat yayıb. Bildirilib ki, həkimlər Navalnının süni komadan çıxarılmasına müvəffəq olublar və onu tədricən süni tənəffüs aparatından ayırırlar.

“O, şifahi stimullara cavab verir”,- deyə klinikanın yayımladığı press-relizdə bildirilib.

Həkimlərin sözlərinə görə, pasiyentin vəziyyəti yaxşılaşıb.

Klinika mütəmadi olaraq xəstənin həyat yoldaşı Yulia Navalnaya ilə əlaqə qurur və Navalnının vəziyyəti barədə məlumat yayımlamaq üçün ondan növbəti dəfə icazə alıblar.

Bununla yanaşı, ağır zəhərlənmənin uzunmüddətli fəsadlarını qiymətləndirmək üçün hələ tez olduğu qeyd olunub.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17653