Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 065 $▼4.64%
  • Ethereum1 922 $▼4.73%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Navalnının cəsədi itdi - FOTO

image-1708187796_nav
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi itib.

Busaat.az-ın xəbərinin məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.

Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.

“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, – deyə o, özünün “X” hesabında qeyd edib.

Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub.

“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, – deyə Yarmış əlavə edib.

Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər /Redaktor.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135045