Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.33 $▼3.40%
  • WTI neft82.30 $▼2.88%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.375 $▲6.74%
  • Qızıl3 742 $▼1.18%
  • Gümüş45.13 $▼1.48%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda582.75 ¢▼3.72%
  • Bitcoin62 578 $▲0.55%
  • Ethereum1 769 $▲0.39%
  • S&P 5007 324▼0.23%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Navalnının müalicə aldığı xəstəxana yardım istədi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının yerləşdirildiyi Berlinin “Şarite” klinikası Bundesver laboratoriyasının zəhərlər və kimyəvi müharibə agentləri üzrə mütəxəssislərindən kömək istəyib.

Busaat.az  “Der Şpigel” qəzetinə istinadən xəbər verir ki, klinikanın mütəxəssisləri Almaniyanın zəhərli maddələr və kimyəvi agentlər üzrə ən yaxşı mütəxəssislərinin çalışdığı Münhenin farmakologiya və toksikologiya üzrə qapalı hərbi laboratoriya kompleksinə üz tutublar.

Bununla yanaşı, alman həkimlər, keçmiş kəşfiyyat polkovniki Sergey Skripalın zəhərlənməsi işi ilə məşğul olan ingilis laboratoriyası Porton Daunndan və 2015-ci ildə zəhərlənmiş iş adamı Emilian Gebrevi müalicə edən bolqar həmkarlarından da məlumat istəyib.

Qəzetin verdiyi məlumata görə, Navalnının işi Almaniya kansleri Angela Merkelin şəxsi nəzarəti altındadır. Kanslerin hər gün xəstənin vəziyyəti ilə bağlı ətraflı məlumat aldığı qeyd olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16848