Naxçıvanda avtomobil yanğını nəzarətə alındı – Foto

image-11jpg-1747491720backend

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində minik avtomobildə yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Busaat.az xəbər verir ki, məlumatla əlaqdər dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

image-12jpg-1747491712

image-13jpg-1747491716


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki