Naxçıvanın mədəniyyət nazirinin müavini vəzifəsindən azad olundu

image-serencambackend
image-uzb_ads_desk

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub.

Busaat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

A.Zeynalovun digər sərəncamı ilə Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək.

image-naxcivan-muxtar-respublikasinin-medeniyyet-naziri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki