Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nazir cangüdəni tərəfindən öldürüldü - FOTO

image-dd1_91530799879
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Uqandanın Əmək, Məşğulluq və Sənaye Məsələləri üzrə Dövlət Naziri Çarlz Okello Engola paytaxt Kampaladakı iqamətgahında mühafizəçisi tərəfindən güllələnib.

Busaat.az-ın Uqanda mediasına istinadən məlumatına görə, nazir Çarlz Okello Engola evindən işə gedərkən mühafizəçilərindən biri tərəfindən güllələnib.

Parlamentin spikeri xanım Anita Among plenar iclasa sədrlik edərkən nazirin ölümünü təsdiqləyib.

Among deyib: “Bu səhər kədərli xəbər aldım. Cənab Engola mühafizəçisi tərəfindən vuruldu, sonra isə mühafizəçi özünü də vurub. Ruhu şad olsun. Bu, Allahın planı idi. Biz heç nəyi dəyişə bilmərik”.

“Mühafizəçi ona maaş verilmədiyini, hamilə xanımının olduğunu və uşaqlarının məktəbə getmədiyini, ancaq nazirin uşaqlarının məktəbə getdiyini söylədi”, – deyə hadisə şahidi Uqanda mediasına bildirib.

Engola Uqanda Xalq Müdafiə Qüvvələrinin (UPDF) istefada olan polkovnikidir. 2007-ci ildə ordudan təqaüdə çıxıb.

Hazırkı vəzifəsinə qədər o, ilk olaraq müdafiə naziri vəzifəsində çalışıb.

Busaat.az

image-engola

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108516