“Neftçi” “Qalatasaray”la üz-üzə – YENİLƏNİR

“Neftçi” “Qalatasaray”la üz-üzə – YENİLƏNİRbackend

“Neftçi” bu gün avrokuboklarda növbəti matçını keçirəcək.

Busaat.az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə görüşəcək.

Paytaxt təmsilçisi İstanbul klubu ilə bir matçdan ibarət duelin qarşılaşmasına Bakı Olimpiya Stadionunda çıxacaq. İlk raundda Şimali Makedoniyanın “Şkupi” komandasını 2:1 hesabı ilə məğlub edən bakılılar qonşu ölkənin ən titullu klubunu da mübarizədən kənarlaşdırmağa çalışacaq.

“Neftçi” – “Qalatasaray” cütünün qalibinin növbəti mərhələdəki rəqibi də bu gün bilinəcək. Bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) 

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90