
Nepalda güclü zəlzələ: 6 nəfər öldü
Nepalın şimal-qərbində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər ölüb.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda Nepalın şimal-qərbidəki Doti bölgəsində təxminən 16 kilometr dərinlikdə 5,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.
Nepal polisinin sözçüsü Ted Prasad Rainin Anadolu Agentliyinə verdiyi açıqlamada təbii fəlakətdə ən az 6 nəfərin həyatını itirdiyini və ölənlərin sayıın artması ehtimalından narahat olduqlarını bildirib.
Ölkənin şimal-qərbindəki Sudurpaşım əyalətində yerləşən Dotidə zəlzələnin dağıntılara səbəb olduğu və yaralananların olduğunu bildirən səlahiyyətlilər bölgədə xilasetmə işlərinin davam etdiyini bildirib.
Zəlzələnin təsiri paytaxt Yeni Dehli də daxil olmaqla Hindistanın bəzi bölgələrində hiss olunub.
Nepalın Baş naziri Şer Bahadur Deuba Twitter hesabındakı paylaşımında yaralıların lazımi tibbi yardıma tez çatması üçün müvafiq təşkilatları səfərbər etdiyini qeyd edib.
Busaat.az























