Nəqliyyat rabitəsi —Xəzər dənizi

image-download-20backend

Ölkəmizin dəniz nəqliyyatı sahəsindəki potensialından optimal və səmərəli şəkildə istifadə edilməsi, daim yenilənən beynəlxalq tələblərin və təcrübənin sistemli şəkildə ölkəmizdə tətbiqi, dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin effektiv yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyəti təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirilir.

Respublikamızda dəniz limanlarının və gəmiçiliyin inkişafı, dəniz nəqliyyatı donanmasının yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə xüsusi həssaslıqla yanaşılır.

Xəzər dənizi Azərbaycan iqtisadiyyatında, həmçinin relyefində xüsusi rol oynayır. Xəzər dənizi Azərbaycan üçün qara qızıl yatağı kimi çox qiymətlidir. Bundan əlavə Xəzərdə gəmiçilik də xüsusi diqqət mərkəzində saxlanılan sahələrdəndir.Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzər dənizin yerləşdiyi relyefi nəzərə aldıqda onun beynəlxalq nəqliyyat qovşağı olduğunu görürük. Nəqliyyat infrastrukturunun inkişafı, yükdaşımaların həyata keçirilməsi Xəzərin xüsusi xidmətlərindən biridir. Bu sahədə Xəzəryanı ölkələrlə bir sıra sazişlər imzalanıb və bu cür inkişaf üçün yeni addımların atılması da zəruridir.

Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Xəzərdəki Hərbi Dəniz Qüvvələri Azərbaycanın dəniz sahillərindəki təhlükəsizliyini təmin edir. Nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından artıq Zəngəzur dəhlizi reallığa çevrilir. Vətən müharibəsindən sonra bu yöndə ciddi addımlar atılmışdır, artıq nəticə çox yaxındır.

 

Aypara Babayeva / Nəsimi Rayon sakini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90