
Netanyahu bütün HƏMAS liderlərini öldürmək əmrini verib - Seymur Herş
İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyat orqanlarına bütün Həmas liderlərini izləmək və öldürmək əmri verib.
Busaat.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş məlumat yayıb.
Herşin iddiasına görə, Netanyahu bu missiyanı həm xarici, həm də daxili təhlükəsizlik agentliyinə həvalə edib.
Onun sözlərinə görə, İsrail HƏMAS-ın siyasi və hərbi liderlərinin ailələrini, o cümlədən onların arvadları, qardaşları, bacıları, uşaqları və valideynlərini təqib edir.
Busaat.az























