Netanyahu İsraildə koranavirusdan ölüm sayının artacağını düşünür

Netanyahu İsraildə koranavirusdan ölüm sayının artacağını düşünürbackend

İsrailin Baş Naziri Binyamin Netanyahu koranavirus pandemiyası ilə bağlı açıqlama verib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı Netanyahu “Kanal 12” televiziyasına danışıb. O bildirib ki, pandemiya ilə bağlı proseslərin hansı mərhələyə çatacağını heç kim təxmin etmir: “Səhiyyə Nazirliyi gündə 20 min adamı test edə bilir”.

Netanyahu eyni zamanda İsraildə koronavirus pandemiyasının on minlərlə insanın ölümünə səbəb ola biləcəyini da bəyan edib. Onun sözlərinə görə, irəliləyən zamanlarda virusa yoluxanlar arasında ölüm riski 2\100 ilə 4\100 arasında dəyişəcək.

Qeyd edək ki, İsraildə Qüdsün qərbində 88 yaşlı kişinin vəfat etməsiylə ilk ölüm faktı baş verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90