
Netanyahu İsveçin Tövratı yandırmağa icazə verməsini pisləyib
İsrailin Baş naziri Binyamin Netanyahu İsveçin Tövratı yandırmağa icazə verməsini rüsvayçılıq adlandırıb.
Busaat.az xəbər verir ki, bu barədə siyasətçi Tvitterdə hesabında yazıb .
“İsveç hakimiyyətinin İsrailin bu ölkədəki səfirliyi qarşısında İncilin yandırılmasına icazə verməsini qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqının müqəddəs yerlərinə xələl gətirən bu biabırçı qərarı çox ciddi qəbul edir. Bütün dinlərin müqəddəs kitablarına hörmətlə yanaşmaq lazımdır”, – Netanyahu deyib.
Bundan əvvəl isə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat İsrailin İsveçdəki səfirliyi qarşısında Tövratı yandırmaq niyyətini qətiyyətlə pislədiyini bildirib və Stokholmu nifrət aktının qarşısını almağa çağırıb.
“Müqəddəs kitabların yandırılması nifrət və dözümsüzlük aktıdır və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur”, – diplomat bildirib.
Müqəddəs kitabın yandırılmasını İsrail prezidenti İshak Hersoq da pisləyib .
Busaat.az























