
Netanyahu kardiostimulyator taxıldıqdan sonra xəstəxanadan buraxılıb
İsrailin Baş naziri Benyamin Netanyahu ürək stimulyatoru quraşdırıldıqdan sonra xəstəxanadan buraxılıb.
Busaat.az bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.
İsrail mətbuatının məlumataına görə, əməliyyat uğurlu və fəsadsız keçib.
Baş nazir bildirib ki, özünü yaxşı hiss edir və artıq iyulun 24-də o, məhkəmə islahatları haqqında qanun layihəsinin hazırlanmasını müzakirə etmək üçün həmkarları, Knesset deputatları ilə birləşib.
Busaat.az























