
Netanyahu məhkəmə islahatlarını dayandıracağını deyib - KAN radisou
İsrailin baş naziri Benyamin Netanyahu parlamentdəki hakim koalisiyanın lideri ilə mübahisəli məhkəmə islahatlarını dayandırmağı planlaşdırdığını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin Kan radiosu məlumat yayıb.
Radionun məlumatına görə, maliyyə naziri, eyni zamanda koalisiya partiyası olan Dini Sionizmin lideri olan Bezalel Smotrich bildirib ki, o, məhkəmə sisteminin yenidən qurulmasının əleyhinə olmayacaq. İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir məhkəmə islahatları dayandırılmadığı təqdirdə koalisiyanı devirməklə hədələyib.
Qeyd edək ki, İsrail prezidenti İsaak Hersoq da hökuməti məhkəmə islahatlarını dərhal dayandırmağa çağırıb.
Busaat.az























