Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 649 $▲0.29%
  • Ethereum2 265 $▲0.56%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

 Netanyahu razılaşdı:  Qəzzada atəşkəs ola bilər

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Busaat.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, Bayden ilə Netanyahu arasında baş tutan telefon danışığı ilə bağlı yazılı açıqlama yayınlanıb. Açıqlamada “İki dövlət başçısı ötən il prezident tərəfindən açıqlanan və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiq edilən 27 may 2024-cü il tarixli razılaşmaya əsaslanan atəşkəs və girovların azad olunması üzrə Qətərin paytaxtı Dohada davam edən danışıqları müzakirə ediblər” ifadəsi işlədilib.

Telefon danışığı zamanı “Livanla atəşkəs razılaşması, Suriyada Bəşər Əsəd rejiminin süqutu və İranın bölgədəki gücünün zəifləməsi kimi bölgədə baş verən köklü dəyişikliklər” müzakirə edilib. Baydenin Qəzzada humanitar yardımın artırılması ilə birlikdə atəşkəsin və girovların geri qaytarılmasının təcili ehtiyac olduğunu vurğuladığı bildirilib. Netanyahunun isə Baydenə İsrailə ömür boyu verdiyi dəstəyə, ABŞ-ın İsrailin təhlükəsizliyi və milli müdafiəsi üçün göstərdiyi qeyri-adi töhfəyə görə təşəkkür etdiyi qeyd olunub.

Bayden 9 yanvarda etdiyi açıqlamada Qəzza ilə bağlı razılaşma istiqamətində irəliləyiş əldə edildiyini bildirmişdi. Administrasiya 20 yanvarda vəzifəni yeni prezident Donald Trampa təhvil verməzdən əvvəl vasitəçi ölkələr Qətər və Misirlə Dohada davam edən Qəzzada atəşkəs danışıqlarını nəticələndirməyə çalışır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156395