Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Netanyahu Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr quracağını vəd edir

image-eli-cohen-museum
Likud Head MK Benjamin Netanyahu at the opening ceremony of the Eli Cohen National Museum in Herzliya, December 12, 2022. Cohen was an Israeli intelligence agent who was caught and was sentenced to death in Syria. Photo by Avshalom Sassoni/Flash90 *** Local Caption *** ?????? ?????? ??"? ?????? ??? ??? ???? ???? ????? ??? ????? ??????? ????? ???
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsraildə baş nazirliyə namizəd Benyamin Netanyahu vəzifəyə gəldikdən sonra Səudiyyə Ərəbistanı ilə tam diplomatik əlaqələr quracağına söz verib və bunun həm də fələstinlilərlə sülhə kömək edəcəyini deyib.

Busaat.az xəbər verir ki, Netanyahu, həmçinin, fələstinlilərlə pərdəarxası sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib.

Əl-Ərəbiyyə xəbər agentliyində yer alan şərhlər görə, bu açıqlamalar Netanyahunun formalaşdırdığı ifrat sağçı hökumətlə bağlı qorxuları aradan qaldırmaq məqsədi daşıyıb.

İsrail uzun müddətdir İrana qarşı ortaq düşmənçiliyinə əsaslanaraq Səudiyyə Ərəbistanı ilə pərdəarxası təmasları artırmaq istəyir. Amma səudiyyəlilər bildiriblər ki, tam diplomatik münasibətlər yalnız 1967-ci ildə Yaxın Şərq müharibəsində İsrailin işğal etdiyi ərazilərdə müstəqil Fələstin dövləti yaradıldıqdan sonra qurulacaq.

Netanyahu deyib ki, o, fələstinlilərlə danışıqlar yolu ilə sülh əldə etməyə çalışacaq. Lakin o, iki dövlətli həlli dəstəkləməkdən imtina edib, əvəzində “təzə baxış” və yaradıcı düşüncəyə çağırıb.

Noyabrın 1-də keçirilən seçkilərdə Netanyahu və bir qrup ifrat sağçı və ultra-pravoslav dini partiyalar İsrail parlamentində yerlərin əksəriyyətini qazanaraq yeni hökumət qurmaq imkanı qazanıb.

Netanyahunun hökuməti formalaşdırmaq üçün dekabrın 21-nə qədər vaxtı var.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94392