
New York Times-dan İDDİA: İran Rusiya ordusuna PUA təlimçiləri göndərib
New York Times qəzeti Rusiyanın satın aldığı pilotsuz uçuş aparatlarında (PUA) yaşanacaq problemlərlə məşğul olmaq üçün İranın Krıma PUA təlimçiləri göndərdiyini yazıb.
Busaat.az xəbər verir ki, New York Times-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Ukrayna müharibəsində Rusiyaya PUA satan İran Moskvaya yenidən dəstək verib.
İranın PUA-larda yaşana biləcək problemlərdə Rusiyaya kömək etmək üçün PUA ekspertləri göndərdiyinə işarə edən xəbərdə, bu ekspertlərin Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda yerləşdirildiyi bildirilib.
Ekspertlərin ABŞ tərəfindən terror təşkilatı olaraq tanınan İran İnqilab Mühafizəçiləri Ordusuna bağlı olduğu və İrandan satın alınan PUA-ların böyük qisminin Krımdakı bazarlardan birində saxlanıldığını əlavə edilib.
Qeyd edək ki, Rusiya və İran Ukrayna müharibəsində İran istehsalı olan PUA-ların istifadəsini inkar edib.
Busaat.az























