“NEWS.ru”: Stepanakertin ələ keçirilməsi artıq an məsələsidirbackend

Azərbaycan qoşunları Qarabağın ikinci ən böyük yaşayış məntəqəsi olan Şuşaya nəzarəti ələ aldı. Şuşa son dərəcə strateji və simvolik əhəmiyyətə malik olan şəhərdir. Əbəs yerə 29 oktyabrda tanınmamış Dağlıq Qarabağ Respublikasının “prezidenti” Arayik Aratyunyan deməmişdi ki, “Kim Şuşaya nəzarət edirsə, o da Qarabağa nəzarət edir”.

Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabrda Azərbaycan qoşunlarının Qarabağdakı strateji əhəmiyyətli Şuşa şəhərinə nəzarəti ələ aldığını söylədi. AzTV ilə xalqa müraciətində Prezident “Döyüş əməliyyatları başladığı gündən, sentyabrın 27-dən bəri 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib “- dedi.

Ermənistan Müdafiə Nazirliyi ənənəvi olaraq Azərbaycan tərəfinin açıqlamalarını rədd etdi. Amma döyüşlərin şəhərdə getdiyini etiraf etdi.

Şuşa, Dağlıq Qarabağın paytaxtı və ən böyük şəhəri olan Stepanakertdən (Xankəndi – Azərb.) cəmi 10 kilometr məsafədə yerləşir. Şuşa şəhəri Stepanakertə, həm də İrəvana gedən yol üzərində strateji atəş nöqtəsidir. Sovet hakimiyyəti dövründə şəhər statusu almış Stepanakertdən fərqli olaraq, Şuşanın tarixi XVIII əsrə gedir. Qala divarları ilə əhatə olunan şəhərin təməli 1750-ci ildə Qarabağ xanı Pənah-Əli xan tərəfindən qoyulub. SSRİ-nin dağılması zamanı şəhər sakinlərinin təxminən 90% -i azərbaycanlılar idi. Bundan əlavə, Şuşa bir çox görkəmli Sovet və Rusiya mədəniyyət xadimlərinin doğulduğu yerdir.

Yaxınlaşan qış ərəfəsində şəhərin ələ keçirilməsi, münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinə əlavə üstünlüklər verdi. Baxmayaraq bir çox ekspertlər Şuşanın Azərbaycan tərəfindən tezliklə ələ keçiriləcəyini mümkünsüz hesab edirdi. Fikirlərini də zirehli texnikanın irəliləməsinin çətin olduğu dağlıq ərazi və erməni tərəfinin uğurlu müdafiə mövqeyi ilə izah edirdilər. Politoloq Maksim Şevçenkonun “NEWS.ru” portalına açıqlamasına görə,  “Azərbaycan Ordusu mümkün olmayanı mümkün etdi”.

Şəhərin ələ keçirilməsi bölgədəki hərbi əməliyyatların həqiqi dinamikasını nümayiş etdirir. Azərbaycan Ordusunun bu zəfəri hərbi kampaniyada dönüş nöqtəsidir. Baxmayaraq ki, erməni tərəfi ənənəvi olaraq Azərbaycan qoşunlarının Qarabağın içərilərinə doğru irəliləməsini qəbul etmək istəmirdi. Ən pis variantda bunun gələn yaza qədər uzanacağına ümid edirdi.

Lakin bir neçə günə – 4 noyabr tarixinə qədər azərbaycanlılar Şuşanın cənubundakı dağları və şəhərdən Laçına gedən yolu nəzarəti altına almağa müvəffəq oldular. 5 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri magistrala çatıb birbaşa qalaya tərəf getdilər…

Şuşanı ələ keçirmək əslində Laçın dəhlizinə nəzarət etmək deməkdir. Təsadüfi deyil ki, Stepanakerti tərk etməyə çalışan ermənilərin video görüntüləri artıq İnternetdə yayılıb. Çünki Bakının İrəvanı təcili olaraq qoşunların geri çəkməsini və danışıqlar stolu arxasında oturmaq çağırışlarını erməni tərəfi cavabsız qoydu. Bu isə yerli əhalidə Stepanakertin də tezliklə döyüş meydanına çevriləcəyi qorxusu yaradıb.

Qəribə burasıdır ki, Ermənistanın təbliğat maşını hazırda münaqişəni dinlər arası münaqişə müstəvisinə çıxarmaq istəyir. Bu uğursuz bir cəhd olsa da, çox təhlükəli bir iddiadır. Azərbaycan əhalisinin 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, dünyəvi dövlət kimi tanınır. Bakı, bütün təriqətlərə, o cümlədən xristian dininə qarşı tolerantlıq nümayiş etdirir.1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzər yeparxiyası yenidən quruldu. O vaxtdan bəri, Pravoslav mənbələrinə görə kilsələrin bərpası və saxlanılması sahəsində  səmərəli əməkdaşlıq davam edir.

Ona görə də siyasi analitik Maksim Şevçenkonun dediyi kimi Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Stepanakertin ələ keçirilməsi artıq an məsələsidir.

“NEWS.ru” 8 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,